Klot, Andre. Fateh Sultan Mehmed / A. Klot ; tərc.ed. Ə. Oğuz ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. S. Vəzirova. - Bakı : Altun kitab, 2021. - 160 s.
İstanbul şəhərinin fəthi ilə tarixə düşən və "Fateh" ünvanı qazanan II Mehmed Osmanlı imperiyasının yeddinci padşahıdır. O, Osmanlı dövlətinin böyüməsində və güclənməsində misilsiz rol oynayıb. Elmə, mədəniyyətə hədsiz marağı ilə tanınan Fateh hakimiyyəti boyunca bir sıra tarixi döyüşlərdə qalib gəlib. Xüsusilə İstanbulu fəth etməsi dünya tarixini dəyişdirən hadisələrdən birinə çevrilib. Sizə təqdim olunan bu kitabı oxuduqca II Mehmedin zəngin həyat yolu gözləriniz qarşısında canlanacaq. Məlum olacaq ki, avropalıların onu "Böyük türk" adlandırması heç də təsadüf deyilmiş. Kitabın müəllifi fransız tarixçisi Andre Klot (1909–2002) Fatehdən yalnız qüdrətli hökmdar və sərkərdə kimi bəhs etmir. Eyni zamanda onun daxili aləmini də məharətlə açıb göstərir.