Sehrbazın bacısı oğlu

Luis, Kliv Steypls. Sehrbazın bacısı oğlu. I kitab / K. S. Luis ; tərc.ed. N. Bayramova ; red.: A. Cəfərova, Ə. Rzazədə ; ill. P. Beyns. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 203 s. 

Qonşuluqdakı evə aparan gizli keçid yeni bir dünyaya yol açır. Bu yeni dünya Narniya adlı diyardır. Bura qanadlı atların, danışan heyvanların yaşadığı, eləcə də sehr və macəralarla dolu məmləkətdir. Diqori və Poli soyuq və yağışlı yayda Londonda tanış olmuş və dostlaşmışdı. Özünü sehrbaz hesab edən Endryu dayı ilə rastlaşdıqdan sonra başqa bir aləmdə onların həyatı macəraya çevrilir. Onlar Narniya adlı yeni bir məmləkətə yol tapırlar! Lakin Poli və Diqori zalım cadugəri oyadır, cadugərin yenicə tapdıqları məmləkəti dağıtmasına imkan verməmək üçün onun axtarışına göndərilirlər.