
Bəhlul Danəndə lətifələri / red., tərt.ed. R. İsmayılov ; məsl. M. P. Qasımlı ; rəs. Ş. Rüstəmova. - Bakı : Altun Kitab, 2013. - 112 s.
Bəhlul Danəndə lətifələri Yaxın Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bəhlul Danəndə daha çox qədim yunan filosofu Diogeni xatırladır. Diogen kimi Bəhlul da özünü dünya nemətlərindən təcrid edir, şəxsi azadlığı, sərbəstliyi hər cür var-dövlətdən və mənsəbdən üstün tutur, hakimlər, varlılar qarşısında əyilməzlik nümayiş etdirir və eyni zamanda onları satirik tərzdə rüsvay edir, məsxərəyə qoyur. O, acgözlüyə,tamahkarlığa, fırıldaqçılığa, ədalətsizliyə qarşı özünəməxsus tərzdə mübarizə aparır. Bəhlul aldadılmış təhqir edilmiş, yazıq, yoxsul insanlara kömək edir, onları bəzən ölümdən belə qurtarır, müdrik hərəkətləri ilə haqq və ədalətin bərpasına çalışır.