Beş həftə hava şarında

Vern, Jül Qabriel. Beş həftə hava şarında / J. Q. Vern ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd ; tərc.ed., işləyən S. Budaqlı. - Bakı : Altun, 2022. - 144 s.

Əsərin baş qəhrəmanı doktor Fergüson Afrikanı başdan-ayağa dolaşmaq, həmin vaxt çoxlarının haqqında hələ heç nə bilmədiyi bu qitə barədə ətraflı məlumat toplamaq istəyir. Lakin qəribəsi budur ki, o, səyahətə quru, ya da dəniz yolu ilə deyil, hava şarı ilə yollanmaq fikrindədir. Bunu eşidənlər heyrətə gəlirlər, doktor Fergüson isə öz səfərini uğurla başa vuracağına əmindir. Ancaq səyahət onun düşündüyü qədər asan keçmir. Doktor və yoldaşları – sadiq qulluqçu Co ilə etibarlı dost Dik Kennedi beş həftə boyu qeyri-adi hadisələrin iştirakçısına çevrilirlər.