Oynayaq, öyrənək və böyüyək : 0-2 yaş uşaqlar üçün inkişafetdirici oyunlar

Çöllü, Nisa Başaran. Oynayaq, öyrənək və böyüyək : 0-2 yaş uşaqlar üçün inkişafetdirici oyunlar / N. B. Çöllü ; red. İ. Quliyev ; tərc. ed. N. Əliyev ; dizayn. İ. Abdulla. - Bakı : Libra kitab, 2023. - 218 s.

Körpənin 0-2 yaş mərhələsi analardan xüsusi qayğı tələb edir. Bu dövrdən başlayaraq körpələr ətraf mühiti dərk etməyə başlayır, ilkin bilik və bacarıqlara yiyələnirlər. Oyun bu dövrdə uşaq fəaliyyətinin əsas hissəsi hesab edilir. Odur ki, lap erkən vaxtlardan körpələrlə məqsədəuyğun təşkil edilən oyunlar onların inkişafında mühüm rol oynayır. Bu kitabda valideynlərə 2 yaşınadək uşaqlarla ev şəraitində mövcud materiallardan istifadə edərək təşkil edilən oyunlar təqdim olunur. Bir-birindən maraqlı olan bu oyunlar vasitəsilə körpələrlə həm faydalı vaxt keçirəcək, həm də ətraf aləmi dərk etməkdə onlara kömək edəcəksiniz.