Nəsiboğlu, Sevindik. Zəfəri nurlandıran Nurlan / S. Nəsiboğlu ; tex. red. T. Əliyeva ; dizayn. M. Vəliyeva. - Bakı : Bakı Mətbəəsi , 2023. - 140 s. :
Bədii-publisistik üslubda qqələmə alınmış "Zəfəri nurlandıran Nurlan" adlı bu kitab məktəbli, şair-publisist , yeniyetmə yazar Sevindik Nəsiboğlunun oxucuları ilə sayca 6-cı görüşüdür. Bu kitabda Azərbaycanımızın, Türk dünyamızın mədəniyyət mərkəzi, adı qəhrəmanlıq dastanlarımızın, hekayələrimizin, poemalarımızın, şeirlərimizin əsas başlığına çevrilmiş doğma Qarabağımızın baş tacı olan Şuşada Torxana meşəsindən bədxah düşmənlərimiz tərəfindən atılan top mərmilərinin qorxunc səsləri altında dünyaya göz açmış, hələ altı aylıq qundaqda olarkən doğulduğu müqəddəs məkanda ayaq açıb yerimədən, ana qucağında məcbuuuurən doğma yurdunu tərk etmiş, "Ana", "Vətən" deməyə başlayandan ta şəhadətinə, son sözünə qədər ürəyi vətənlə döyünən, müqəddəs vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda canından çox sevdiyi vətəninə canını fəda edərək, qırmızı qanları ilə adlarını tariximizə - şəhid leytenant Həsənov Nurlan Nadir oğlunun məcburi köçkünlüüüükdə keçirdiyi uşaqlıq, yeniyetməlik, orta məktəb, tələbəlik əsgərlik və şanlı döyüş yolu, tarix baxımından qısa olsa da məna baxımından əbədiyaşar ömür yolundan bəhs edilmişdir. Müəllifin kitabda yer almış eyniadlı məqaləsi onun redaksiya heyətinin üzvü və ən gənc müxbiri olduğu "Kredo" qəzetində, "Afia.az" və digər xəbər saytlarında dərc edilmişdir. Bu kitab Vətənini, millətini, torpağını, müzəffər ordusunu, Vətən fədailərini sevən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.