Az getdim, üz getdim

Çevik, Eminə Feyza. Az getdim, üz getdim / E. F. Çevik ; tərc.ed. V. Pənahov ; red.: H. B. Nebioğlu [et al.] ; dizayn.: G. Uysal, B. N. İslamoğlu. - Bakı : EVEREST, 2024. - 136 s.

Nağıllar aləmi bir möcüzədir, sonsuzdur, xəyallar və surprizlərlə doludur. Uşaqlar bu həyatda addımlamağın yollarını çox yaxşı bilirlər. Onların qəlbi kompas kimidir. Heç vaxt öz istiqamətini itirmir. Bu kiçik xəritə sizin üçündür. Uşaqlar öz daxili aləmini nağıllar vasitəsilə daha yaxşı anlaya bilir. Nağıllar uşaqların inkişaf dövründə olan problemləri üzə çıxarır, onların həllində yardımçı olur. Nağılların sonunda uşağa "Eyni ilə təkrarla" deyilmir. Lakin bu ümidverici sonluq uşaqların motivasiya mənbəyinə çevrilir. Onlara öz qorxuları ilə üzləşmək cəsarəti verir. Nağıllar təkcə uşaqlara deyil, bütün insanlara müsbət təsir göstərir. Nağıllar simvolların dili ilə danışır. Nağıl qəhrəmanları kağızdan kəsilmiş ikiboyutlu personajlara bənzəyirlər. Canı ağrımaz, qanı axmaz. Nağıllar aləminə qədəm qoyarkən xəritənizi götürün və ürəyinizdə kəpənəklərin səsini eşitdiyinizə əmin olun.