Nəsiboğlu, Sevindik. Könüllərə yol gəzirəm : şeirlər və poemalar / S Nəsiboğlu ; red. Ə. R. Xələfli ; rəy. X. Kərimli ; dizayn M. Vəliyeva. - Bakı : 3 saylı Bakı mətbəəsi, 2020. - 320 s.
Gənc və istedadlı yazar Sevindik Nəsiboğlunun “Könüllərə yol gəzirəm” kitabı oxucularla 4-cü görüşüdür.Onun müasir ictimai və ədəbi mühitdə nəşr olunan kitabları şair və publisist kimi tanıdıb.”Dünyamsan Azərbaycan”, “ Hərdən uçmaq istəyirəm” və “Ulu Naxçıvanım” adlı kitabları oxucuların böyük marağına səbəb olur. Hələ kiçik yaşlarından - indi on iki yaşı var - yaradıcılığa şeirlə başlayan Sevindik Nəsiboğlu “Ulu Naxçıvanım” adlı kitabı ilə müşahidə və təhlil imkanlarına malik olduğunu təsdiq edib. Ara-sıra hekayələr də yazır. Ancaq onun hadisəyə, fakta və ümumilikdə, həyata münasibəti daha çox poetik ovqatla üzə çıxır. Şeirlərində Vətən tarixindən qaynaqlanma, xalqımızın qəhrəmanlıq keçmişindən təsirlənmə daha güclüdür. Onun süjetli şeirləri epik-lirik növə xüsusilə meyilli olduğunu göstərir. Gənc yazar maraqlı poemaları ilə oxucularının rəğbətini qazanıb.