Vilayət Quliyev : Biblioqrafiya

Vilayət Quliyev : Biblioqrafiya = Vilayet Guliyev : Bibliography = Вилаят Гулиев : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed. G. Əfəndiyeva ; elmi red. K. M. Tahirov ; ön söz A. Rüstəmli ; red. M. Vəliyeva. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 368 s.

Azərbaycanın Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından hazırladığı növbəti biblioqrafiya ictimai-siyasi xadim, Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyevin anadan olmasının 70 illiyinə həsr edilmişdir. Vəsaitdə ədəbiyyatşünas alimin həyat və yaradıclığının əsas tarixləri, "Vilayət Quliyevin görkəmli şəxsiyyətlər haqqında fikirləri", "Görkəmli şəxsiyyətlər Vilayət Quliyev haqqında" bölmələri, siyasətçinin əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyada V.Quliyevin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan nəşrləri də öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tarixçilər, politoloqlar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.