On iki stul

Petrov, Yevgeni. On iki stul : Rus dilindən tərcümə / Y. Petrov, İ. İlf ; tərc.ed. N. Qocabəyli ; ill. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2019. - 488 s.

XX əsr rus ədəbiyyatının ən maraqlı və qeyri-adi nümunələrindən olan "On iki stul" romanı macəra janrında qələmə alınsa da, onun süjeti on iki stulun birində gizlədilmiş brilyantların axtarışı üzərində qurulsa da, bu əsər əslində ötən yüzilliyin qlobal ictimai mənzərəsini verir. İlya İlf və Yevgeni Petrov “On iki stul” romanını 1928-ci ildə bitiriblər, ancaq əsər ilk dəfə nəşr olunana qədər senzorlar onu bir neçə dəfə qısaltmış, xeyli təmizləmişdilər. Düzəlişlər nəşrdən-nəşrə daha on il davam edib. Nəticədə kitab, demək olar ki, üç dəfə qısalıb. 1949-cu ildə "böhtan xarakterli fikirlərlə zəngin ziyanlı əsər" elan olunaraq yasaq edilmiş roman üzərindəki qadağa bir müddətdən sonra yenidən götürülüb. Romanın indi çap olunan variantı arxiv materiallarına əsasən bərpa olunmuş tam variantdır. Kitab geniş tarixi-ədəbi və real izahatlarla zəngindir.