Murad, Nadiyə . Sonuncu qız : Əsarətdə keçən həyatım və İşid-ə qarşı mübarizəm ( Cenna Kraceskinin həmmüəllifliyi ilə) ( ingilis dilindən tərcümə) / N. Murad ; tərc. ed. K. Nəsibova. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 492 s.
Gənc və cəsur yezidi qızı Nadiyə Murad İŞİD terrorçularının əsarətinə düşüb və ağlasığmaz işgəncələrə, cinsi istismara məruz qalıb. Qızcığazın altı qardaşı, ardınca anası qətlə yetirilib, hamısı kütləvi qəbiristanda dəfn edilib. Lakin o, sarsılmayıb və İŞİD terrorçularına qarşı mübarizəyə qalxıb. Memuar Nadiyə Muradın İraqda keçirdiyi xoşbəxt uşaqlıq dövründən başlayaraq onun yeniyetməlik və gənclik illərini, əsarətdə olduğu məşəqqətli günləri, nəhayət, qurtulub Almaniyaya pənah apardığı dövrü əhatə edir. Nobel Sülh mükafatı laureatı və BMT-nin insan alverinə qarşı mübarizə üzrə ilk xoşməramlı səfiri seçilmiş Nadiyə Muradın hekayətindən təsirlənən Aleksandra Bombak “Onun çiyinlərində” (“On Her Shoulders”) adlı film çəkib. Cəsarət və faktlar dünyanı dəyişə bilər. Bəli, cəsarətlə yazılmış bu kitab dəlillər toplusudur.