Qondarma qız
Məmmədli, Nüşabə Məhəmmədəli qızı. Qondarma qız : roman / N. M. Məmmədli ; red. M. Məmmədov ; rəs. P. Qaraxani ; bədii red. N. Qasımova. - Bakı : İdeal-Print, 2015. - 364 s.
Romanda süjet xətti yaxşı seçilib .Müəllif qəhrəmanının həyat yolunu ta məktəbli anından işıqlandırmağa çalışıb. Əsərin qəhrəmanı Dönməz öz doğma kəndindən qaçqın düşür. Anası ilə birgə güclə təndirə girib gizlənərək xilas olurlar. Ancaq buradan ana–atasının min bir əziyyətlə təzəcə tikib qurtardıqları evlərinin necə talan olunduğunu və sonda yandırıldığını görürlər. Romanda ana oğul münasibətləri çox gözəl verilib. Onlar dost idilər, sirdaş idilər. Bir baxışla bir-birini başa düşürdülər.