Cuf-cuf

Müjgan Şeyhi. Cuf-cuf : Nağıl qatarı / M. Şeyhi ; rəs. S. Özkonuk ; tərc.ed. İ. İlyaslı. - Bakı : Qələm, 2013. - 64 s.

Uşaqlara davranış qaydalarını öyrədən bu nağıllar kitabında əziz balacalar özlərinə bir örnək, dərs götürəcəklər desək yalan olmaz. Bu kitaba 25 sayda nağıl daxil edilmişdir. Hər bir nağılda uşaqlara daha aydın olsun deyə ümumi məna ifadə edən açar söz verilir. Məsələm "Tapşırıq " adlı hekayənin açar sözü "fədakarlıq"-dır. Yəni artıq bu nağılı oxuyan balaca biləcək ki, hekayənin məğzi fədakarlıqdır. "Üç dost" nağılında balacalara bölüşməyi, paylaşmağı öyrədirlər. "Tısbağa və kahı" nağılında uşaqlara bağışlamağı öyrədirlər. Bu kitabı oxuyan hər bir balacanın özünə lazım olan davranış qaydalarını götürəcəyinə ümid edirik.