Doyl, Artur Konan. Şerlok Holms və Doktor Vatson / A. K. Doyl ; tərc.ed. Ə. Qiyas ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Bəşirova. - Bakı : Altun, 2022. - 176 s.
Görkəmli ingilis yazıçısı Artur Konan Doyl (1859–1930) detektiv ədəbiyyatın ən məşhur nümayəndələrindən biridir. "Baskervillərin iti", "İtmiş dünya", "Qorxu vadisi" kimi məşhur əsərlərin müəllifi olan yazıçı eyni zamanda Şerlok Holms və professor Çellencer kimi sevilən obrazların yaradıcısıdır. Onun sizə təqdim edilən bu povesti maraqlı süjet xəttinə malikdir. Şerlok Holmsun doktor Vatsonla tanışlığı ilə başlayan əsərdəki hadisələr Londonda cərəyan edir: öncə Drebber adlı amerikalının, ardınca isə onun şəxsi katibi Stencersonun cəsədi tapılır. Bu müəmmalı qətllərlə bağlı təhqiqat aparan Şerlok Holms London polisinin bacarmadığı bir işin öhdəsindən gəlir və qatilin kimliyini müəyyənləşdirir. Məlum olur ki, həmin qətllərin arxasında əsrarəngiz əhvalatlar yatırmış...