Aaa,bu kimdir?

Tuğtağ, Melih. Aaa,bu kimdir? / M. Tuğtağ ; red. E. Səmədova ; rəs. Ç. Cebeci ; tərc.ed. F. B. Alxaz (Yusifova) ; dizayn. S. Şener. - Bakı : Ağıllı bala, 2021. - 184 s. 

Salam dostlar! Mən yeni uşaq qəhrəmanı Səssiz Sakit! Bir az tənbəl, bir az maraqlı, çox xəyalpərəstəm. Mən də çoxunuz kimi müəllimlərimin "Başı var, amma oxumur" dediyi həmin o şagirdlərdənəm. Qısacası sizdən biriyəm! Çox gülməli, qəribə və maraqlı macəralarımla qarşınızdayam. Uçan, qaçan, tor atan, super gücləri olan qəhrəmanlara inad, bizim kimi yaşayan, düşünən bir qəhrəmandır Səssiz Sakit. Adı Sakit olsa da macəraları çox səs-küylü və gülməlidir. Bu kitabda başıma gələn gülməli və maraqlı hadisələrdən danışmışam. Məsələn, məktəbdəki "Qələmyonan təşkilatı"nın üzvləri və onların mənə qarşı hazırladıqları plan barədə yazmışam. Bizim məhəlləmizdəki "Oturan Buğa"nın niyə daima oturduğunu yazmışam və s. Həə, bir də aylarla sirrini aça bilmədiyim "Tini dönən adam" haqqında yazmışam. Görək, siz bu adamın sirrini aça biləcəksinizmi...