Hill, S. Qara libaslı qadın / Syuzan Hill; ingilis dil. tərc. ed. A. Mahmudov; red. Ə. Rzabəyli. - Bakı: Teas Press, 2016. - 176 [1] s.: 19 sm.
“Mən ki kabuslara inanmazdım...” Missis Elis Drablounun dəfnində çox az adam iştirak edir. Onların arasında qadının bircə yaxın qohumu belə yoxdur. Yalnız dəfn bürosunun işçiləri, orada könülsüz iştirak edən bir yerli məmur və londonlu vəkil Artur Kips var, vəssalam. Artur Kips tərki-dünya qadının tək-tənha yaşadığı və canını tapşırdığı yerə – tez-tez qatı dumana bürünən bataqlığın ortasında yerləşən və yerli əhalini vahiməyə salan İl Marş malikanəsinə getməlidir. Gənc mister Kips missis Drablounun kimsəsiz evində bütün gecəni onun vəsiyyətnaməsini axtarmaq kimi darıxdırıcı işlə məşğul olacağını güman edir. Amma sən saydığını say, gör fələk nə sayır... Malikanəyə aparan yeganə tökmə yol qabarma nəticəsində su altında qalandan sonra bu məşum adada baş verənlər londonlu qonağın ödünü ağzına gətirəcək...