Mirkeyani, Məhəmməd. Çillə gecəsinin nağılları / M. Mirkeyani ; red. M. D. Kazımov ; rəy.: M. Ş. Rəhimov, M. H. Məmmədova ; bədii red., tərc.ed. Ə. B. Məmmədova ; fars tərc.ed.: F. Y. Nəsirova [et al.]. - Bakı : OKA Ofset, 2009. - 296 s.
Allah keçmişdəkilərə rəhmət eləsin. Bir yerə toplaşmağı, bir-biri ilə yaxın münasibət qurmağı sevərdilər. Ona gorə də dostluq və səmimiyyət yaratmaq üçün kiçik bir fürsəti də əldən verməzdilər. Bu fürsətlərdən biri də ilin ən uzun gecələrindən biri olan "Çillə gecəsi", yaxud "Yəlda gecəsi" (ən qaranlıq və uzun gecə) idi. Belə gecələrdə böyük-kiçik, qoca-cavan kürsü ətrafında oturub qışa saxlanılmış qarpızdan, qovundan kəsib, qurudulmuş əncir, üzüm, tutdan nuş edərək, can-dildən nənələrin, babaların söylədikləri şirin nağılları dinləyərdilər. O xatirələrlə dolu gecələrdən yadigar olaraq, bu kitabda iyirmi nağıl oxuyacaqsınız. Çillə gecələrinin sirli-əsrarlı əhval-ruhiyyəsinə uyğun iyirmi nağıl. Çillə gecələri o qədim nağılları, şirin və hikmətli nəsihətləri ilə nağıl söyləyənlərin həzin, məhəbbət dolu səsi sizi öz sonsuz və əbədi sehrinə salacaqdır.