Xələfov, Abuzər Alı oğlu. Kitabxanaşünaslığın tarixi və metodologiyası : Dərslik / A. A. Xələfov ; elmi red. K. İ. Aslan ; red. E. Əhmədov ; rəy.: M. Məmmədov, P. Kazımi ; dizayn. S. Ədilov. - Bakı : Bakı Dövlət Universiteti Nəşriyyatı, 2014. - 552 s.
Kitabxanaşünaslığın tarixi və metodologiyası kitabxanaşünaslıq elminin çox mühüm və ən az öyrənilmiş sahələrindən biridir. Bu problem təkcə Azərbaycanda deyil, dünya kitabxanaşünaslığında da ayrıca tədqiqat obyekti olmamışdır. Böyük bir tarixi dövrü araşdırmalı olan müəllif dünya kitabşünaslığına dair rus və Azərbaycan dillərində çapdan çıxmış zəngin materialların öyrənilməsi və təhlili əsasında uzun əsrlərdən bəri kitabxanaçılıq fikirlərinin keçdiyi beçmin illik təkamül və inkişaf yolunu ardıcıl şəkildə izləmiş, onun tədricən müstəqil kitabxanaşünaslıq elminə çevrilməsi prosesinin qanunauyğunluqlarını elmi-nəzəri cəhətdən əsaslandırmışdır. Dərsliyin axırıncı fəslində isə müasir kitabxanaşünaslığın metodologiyası, metodikası və statusu problemlərinin elmi tədqiqinə və təhlilinə səy göstərilmişdir.