Şəkərabad şəhərinin uşaqları

Xəlil, Zahid. Şəkərabad şəhərinin uşaqları : Nağıllar və hekayələr / Z. Xəlil ; red. İ. Quliyev ; rəy.: E. İbrahimov, N. Rəhimli ; il. R. Tahirova. - Bakı : Libra kitab, 2022. - 104 s.

Görkəmli uşaq yazıçısı Zahid Xəlilin əsərləri həmişə maraqla qarşılanıb, özünəməxsus nağıl dünyası hər zaman həvəslə oxunub. Budur, Zahid Xəlillin qələmə aldığı son hekayə və nağılları qarşınızdadır. Bu hekayə və nağıllar həm müstəqildir, həm də bir-biri ilə bağlıdır. Burada müasir texnologiya da var, bölgələrimizin yatımlı ləhcəsi də, ibrət də var, nəsihət də. Uşaqlar nabat və noğulun əhvalatı ilə tanış olacaq, meyvələrin telefon söhbətini dinləyəcək, xülasə (hamısını deməyim!), oxuya-oxuya əylənəcəklər, əylənə-əylənə öyrənəcəklər. Ustad nağılçının yaddaqalan əhvalatları, maraqlı personajları oxucularını səbirsizliklə gözləyir.