
Azərbaycan xalqının toy adətləri : kataloq / Milli Azərbaycan Tarixi Muzeyi ; elmi red. N. M. Vəlixanlı ; dizayn. L. Məmmədova ; foto. M. Həsənoğlu. - Bakı : Təhsil, 2022. - 56 s.
Kataloq Azərbaycan xalqının ailə məişətində xüsusi yeri olan ənənəvi toy adətlərinin Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında öyrənilməsinə həsr edilmişdir. Əsərdə ənənəvi toy mərasiminin ayrı-ayrı mərhələləri haqda məlumat verilir və Muzeyin kolleksiyasında qorunan müvafiq etnoqrafik materiallar(xınabənd, xına camı, qurşaq, duvaq) təqdim olunur. Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu katoloqda Muzeyin Etnoqrafiya, xüsusi, sənədli mənbələr, təsviri materiallar və fotoneqativ materiallar fondlarının eksponatlarından istifadə olunmuşdur.