23 Oktyabr
İtaliya uşaq yazıçısı Canni Rodarinin 105 illiyi, (1920-1980)
Canni Rodari İtaliyanın ən əhəmiyyətli XX əsr uşaq müəllifi idi. 1970-ci ildə o İtalyanın ən müasir uşaq yazıçısı kimi beynəlxalq şöhrət qazanmış, uşaq ədəbiyyatında göstərdiyi xidmətlərə görə Hans Christian Andersen medalı almışdır.
Canni Rodari ən çox uşaq ədəbiyyatı ilə məşhur olan İtalyan yazıçısı və jurnalist idi. O, uşaq yazıçısı kimi uzunmüddətli xidmətlərinə görə 1970-ci ildə ikiillik Hans Christian Andersen medalı alıb. Onun kitabları bir çox dillərə tərcümə edilməsinə baxmayaraq, çox az kitabı ingilis dilində nəşr edilmişdir. Rodari Şimali İtaliyada, Novara əyalətinin kiçik şəhəri Lake Ortada yerləşən Omegnada anadan olmuşdur. Seveso seminariyasında üç illik təhsildən sonra, Rodari on yeddi yaşında müəllim diplomu almış, kənd məktəblərində ibtidai siniflərə dərs deməyə başlamışdır. O, musiqi və ədəbiyyat ilə maraqlanırdı. 1948-ci ildə bir jurnalist kimi, o, uşaqlar üçün kitab yazmağa başladı. 1951-ci ildə, Rodari ilk kitabı Il Libro delle Filastrocche və Il Romanzo di Cipollino-nu nəşr etdirmişdir. 1952-ci ildə, O, sonradan daha tez-tez getdiyi SSRİ-yə ilk dəfə səyahət etmişdir. 1957-ci ildə Rodari professional jurnalist olmaq üçün imtahan keçmişdir. Rodari 1966-1969 illərdə uşaqlar ilə birgə layihələr üzərində intensiv işləmişdir. Kitablar üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən verilən mükafat uşaq yazıçısını çox məşhurlaşdırmışdır. Onun əsərləri çox dillərə tərcümə edilmişdir. O, bəlkə də ən yaxşı Cipollino hekayəsi ilə tanınır. Cipollino hekayəsi balet 1973-cü ildə Rusiyada balet tamaşalarında kifayət qədər məşhur idi.1979-cu ildə, SSRİ-yə növbəti səfərindən sonra o, sağlamlığını itirdi və bu onun məhsuldarlığını xeyli aşağı saldı. 1980-ci ildə, cərrahi əməliyyat zamanı Romada gözlərini əbədi yumdu.
Əsərləri:Il libro delle filastrocche ("Uşaq Şeirlər kitabı", 1950); Il romanzo di Cipollino ("Balaca Soğanın macəraları", 1951); La freccia azzurra ("Mavi oxun səyahəti", 1953); Gelsomino nel PAESE dei bugiardi ("Jasmin yalançılar ölkəsində, 1958); Filastrocche ildə cielo e terra ("Nursery Rhymes səma və yer üzündə", 1960); Favole al telefono ("Nağıllar telefon üzərində", 1962); Gip nel televisore (1962 "Gip televiziyada"); Cielo La torta ("Keks səmada", 1966); La Grammatica della fantasia ("Fantaziyanın qrammatikası", 1974); Novelle fatte bir macchina ("Makinada yazılmış hekayələr"); “Kiçik hərflərlə yazılan İtaliya”

Cəbrayılov Sübhan Rahim oğlu
Sübhan Cəbrayılov 1983-cü il oktyabrın 23-də Salyan rayonunun Marışlı kəndində anadan olub. Sübhan Cəbrayılov 1989-cu ildə Salyan rayonunda R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin adına birinci sinfinə qəbul olmuşdur. 2000-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Azərbaycan, rus və erməni dillərində sərbəst danışırdı.Sübhan Cəbrayılov Sevda Cəbrayılova ilə ailəli həyatı qurmuşdur. 2008-ci il təvəllüdlü Rahim adında oğlu və 2010-cu il təvəllüdlü Fidan adında qızı yadigar qalmışdır. Sübhan Cəbrayılov 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət eləmişdir. 2002-ci ildən isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir. Sübhan Cəbrayılov 2004-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin Xızı rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsi şəhidi Subhan Cəbrayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olmuşdur. Sübhan Cəbrayılovda daxil olduğu Xüsusi Təyinatlı Qüvvələrin 15 nəfər hərbi qulluqçudan ibarət olan qrupu, həmçinin digər dəstələrin olan 30 nəfər hərbi qulluqçuları oktyabrın 19-da Qubadlı rayonu istiqamətində ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Qeyri-bərabər döyüşlər nəticəsində Sübhan Cəbrayılov və dəstənin bir neçə üzvü həlak olmuşdur.
26.06.2008 "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, 26.06.2012 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, 26.06.2013 "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, 26.06.2017 "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, 26.06.2018 "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020 –ci il tarixli Sərəncamına əsasən Sübhan Cəbrayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 15.12.2020 –ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.12.2020- ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021 –ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Əliyev Elman Rakif oğlu
Elman Əliyev 1994-cü il oktyabrın 23-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elman Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Əliyev oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı, 15.12.2020-ci tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Əliyev İbrahim Nəcəfqulu oğlu
Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub. Buzovna qəsəbəsində yerləşən 125 nömrəli orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra bu məktəbdən ayrılıb. Uşaqlıqdan kompüterə, elektrik işlərinə həvəsi olan İbrahim bu sahədə də özünü inkişaf etdirib. 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda yerləşən N saylı hərbi hissədə, ön xətdə xidmət keçib. Erkən yaşlarında hər iki valideynini itirən İbrahim sentyabrın 29-dan könüllü olaraq Vətən müharibəsinə qoşulub. Silah yoldaşları ilə birgə Füzulinin, Cəbrayılın və Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib. İbrahim Əliyev oktyabrın 24-də Zəngilan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020 –ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 24.06.2021- ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 24.06.2021- ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.