Qoca Dənizçinin hekayəsi

Koleric, Samuel Teylor. Qoca Dənizçinin hekayəsi / S. T. Koleric ; bur. məsul Ə. Aslanoğlu ; red. Z. Şahsevənli ; tex. red.: N. Fazil, Z. Həmzəyeva ; rəs. Q. Dore ; tərt.ed., dizayn. M. Əziz ; tərc.ed, çevirən N. Cəfərzadə ; Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu. - Bakı : Nurlar, 2021. - 104 s.

İngilis ədəbiyyatının parlaq nümayəndəsi Samuel Teylor Koleric dünya şöhrətli yazıçı, filosof və ədəbi tənqidçidir. Onu dünya ədəbiyyatının zirvəsinə daşıyan "Qoca dənizçinin hekayəsi" əsəri həyat və ölüm arasında qalmağa məhkum olmuş bir dənizçinin dramatik, eyni zamanda əsrarəngiz səyahətinin hekayəsidir. Bu hekayə ortayaşlı məktəblilər və böyüklər üçün nəzərdə tutulmuşdur. Əsərdə qeyri-adi fantastik ünsürlər yer alsa da, ideyası tərbiyəvi, mənəvi-əxlaqi, öyrədici əhəmiyyət daşıyır.