Lyuis, Bernard. Müsəlmanlar nədə səhvə yol verdi? : Qərbin təsiri və Yaxın Şərqin reaksiyası / B. Lyuis ; ing. dil. tərc.ed. Z. Türksoy. - Bakı : TEAS PRESS Nəşriyyat evi, 2020. - 280 s.
Əsrlər boyu İslam dünyası Yer üzünün ən böyük, ən tolerant, ən qabaqcıl, ən novatorçu və ən güclü sivilizasiyası olub. Və birdən hər şey dəyişdi. Əvvəllər xor gördükləri Qərb dünyası müsəlmanları əvvəlcə döyüş meydanında, sonra bazarda, daha sonra isə sosial-ictimai həyatın bir çox sahələrində, hətta şəxsi həyatda belə ard-arda məğlubiyyətə uğratdı. Bernard Lyuisin bu kitabı dəyişikliyə anlam verməyə çalışan İslam dünyasının hüznlü reaksiyasından söhbət açır və xaosa yuvarlanan mədəniyyətin mükəmməl təsvirini verir. Yaxın Şərqdə bir çoxları "Bunu bizə kim etdi?" sualını deyil, "Biz harada səhvə yol verdik?" sualını ön palana çəkdiyi halda digərləri məğlubiyyətin səbəbini daxili və xarici faktorlarla əlaqələndirərək "günah keçisi" axtarışına çıxdılar. Kitabda sadalanan faktlar və gəlinən nəticə günümüz üçün də aktualdır.