15 Avqust
“Allo” sözünün ad Günü, (1877)
Texnologiyanın geniş vüsət aldığı dövrümüzdə demək olar ki, tez – tez yeni texnologiyaların meydana gəlməsinin şahidi oluruq. Telefonu kəşf edənlər sırasında Antonio Meucci, Phillips Reis, Elisha Gray və Alexander Graham Bellin adları çəkilir.
Yalnız Bell-in 10 mart 1876-cı ildə köməkçisi Thomas Watsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876 - cı ildə Amerikalı ixtiraçı Alexandr Graham Bell tərəfindən icad edildiyi qəbul edilir. Beləki, Bell 1876 cı ildə telefon adlı (yunanca tele-uzaq, fon-səs) adlı yeni aparatı ilk dəfə ictimaiyyətə təqdim etdi. Ilk telefon aparatı ciddi səs qüsurları ilə və yalnız 250 metr məsafədə işləməsinə baxmayaraq böyük uğur qazandı.
Avqustun 15-i “Allo” telefon müraciətinin ad günü kimi maraqlı bayram qeyd olunur. Bu müraciətin təxminən 140 illik tarixi var. İlk dəfə 1877-ci il avqustun 15-də Tomas Edison bu salamlaşma formasından istifadə etməyi təklif etmişdir. Onun fikrincə, “Hello” telefon müraciətinin bütün variantları arasında ən yaxşısıdır. O, teleqraf şirkətinin prezidentini də buna inandırmağa çalışmışdır. Telefonu icad edən Aleksandr Bell isə “Ahoy” sözündən müraciət forması kimi istifadə etməyi təklif etmişdir. Lakin Tomas Edisonun təklifi zamanın sınağından çıxmışdır. “Hello” sözü “Allo”ya çevrilmişdir. Telefon ünsiyyətində “Bəli”, “Eşidirəm” kimi geniş yayılmış formalar da var.
Bəzi ölkələrdə telefon söhbətinin öz “vizit kartları” da mövcuddur. Belə ki, yunanlar telefon zənginə “Parakalo” – “Xahiş edirəm”, italyanlar “Pronto” – “Eşitməyə hazıram” sözləri ilə cavab verirlər. Almaniyada isə telefona cavab verərkən çox vaxt öz soyadlarını söyləyirlər.
Yazıçı, publisist Canalı Mirzəliyevin 85 illiyi, (1940-2009)
Mirzəliyev Canalı Xanalı oğlu – nasir, publisist, 1998- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974)
Mirzəliyev Canalı Xanalı oğlu 1940-cı il avqustun 15-də Azərbaycanda Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsində qiyabi təhsil almışdır (1960-1966). “Yer” və “Dialoq” qəzetlərinin baş redaktoru (1996-1999), “Azərtayms” qəzetinin baş redaktoru (1999-2003), “Yaddaş” qəzetinin baş redaktoru, redaktor müavini (2003-2008) işləmişdir. “Mədəniyyət” qəzeti redaksiyasında şöbə müdiri işləmişdir. (2008) – ci ildən). 60-cı illərdən ədəbi fəaliyyətə başlamışdır. Dövri mətbuatda hekayə və publisistik məqalələri dərc olunmuşdur. “Qızıl qələm”, “Həsən bəy Zərdabi” və “Humay” mükafatlarının laureatıdır. 2009 - cu il iyun ayının 5-də Bakıda dünyasını dəyişmişdir.
Əsərləri: “Qara qızıl ağ səadət rəngində” 2000, “Məşhur neftçi Bəhmən Hacıyev” (2002), “Xəzər neftinin polad dirəkləri” (2003), “Qızıl söz, dərin hikmət” (2003), “İçərişəhər” (2005), “Neft haqqında nə bilirsiniz?”, “Mirqasım ağa haqq yolunun yolçusu olub” (2007), “Jurnalistikaya giriş” (2009), “Azərbaycanı dünyaya tanıdanlar” (2009) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 147.
Yazıçı Nəriman Süleymanovun 95 illiyi, (1930- 1995)
Süleymanov Nəriman Qoca oğlu nasir, 1959 - cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1985), Azərbaycanın Əməkdar mədəniyyət işçisidir (1977).
Süleymanov Nəriman Qoca oğlu 1930-cu il avqustun 15-də Qərbi Azərbaycanın Körpülü kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakultəsinin jurnalistika şöbəsini bitirmişdir (1947-1952). Həmin vaxtdan “Pioner” jurnalı redaksiyasında ədəbi işçi, pioner və məktəblilər şöbəsinin müdiri, məsul katib, “Pioner” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır (1977-ci ildən ömrünün sonunadək). Yazıçılar Birliyinin Təftiş komissiyasının müavini seçilmişdir (1991). Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Macarıstan və Yuqoslaviya ölkələrində çıxan uşaq jurnallarında və almanaxlarda hekayələri çap edilmişdir. Ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində çıxan kiçik bir hekayə ilə başlamışdır. Üç dəfə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Nəriman Süleymanov 1995-ci il aprelin 15-də dünyasını dəyişmişdir.
Əsərləri: “Balaca atlı” (1956), “Qaraçı qızı”(1963), ”Tanışlıq” (1963), “Sovqat” (1965), “Novruzgülü” (1966), “Qocalar və uşaqlar” (1967), “Yetər nənə” (1971), “Babamın bağı” (1974), “Göy qurşağı” (1975), “Tək çiçək” (1979), “Əsas ürəkdir” (1983), “Ömrün iki payızı” (1986), “Tərs külək” (1987), “İnsan yaşayır” (1989) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 668.
Samir Elxan oğlu Bayramov
Samir Bayramov 1996-cı il avqustun 15-də Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Samir Bayramov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Babək Məhsus oğlu Cəfərov
Babək Cəfərov 15 avqust 1991-ci ildə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Babək Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Cəfərov oktyabrın 26-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi-Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Babək Cəfərov 2021-ci il martın 8-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Samux rayonunun Qarayeri qəsəbəsində dəfn olunub. Ailəli idi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Lətif Oruc oğlu Əliyev
Lətif Əliyev 1995-ci il avqustun 15-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Lətif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Lətif Əliyev oktyabrın 27-da Laçın döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Məcid oğlu Mehdizadə
Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəranda dünyaya göz açmışdır. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Mehdizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağ, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl istiqamətində çiynindən qəlpə yarası almış və hospitala yerləşdirilmişdir. Müalicəsi bitdikdən sonra yenidən döyüşə yollanmışdır. Əli Mehdizadə 1 noyabr 2020-ci ildə səhər saatlarında Şuşa döyüşləri gedişatında Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı 1553 yüksəkliyində şəhid olmuşdur.
Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun 03.11.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şücaətə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əli Mehdizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Emin Vətən oğlu Məmmədov
Emin Məmmədov 1992-ci il avqustun 15-də Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Emin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Məmmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Sadiq Mübariz oğlu Məmmədov
Sadiq Mübariz oğlu Məmmədov 1991-ci ilin avqustun 15-də Siyəzən şəhərində anadan olub. 2009-cu ildə 2 saylı tam orta məktəbi bitirib. Vətən Müharibəsindəki döyüş yolu 7 gün çəkən Sadiq Məmmədov 8 yaralı əsgər yoldaşını döyüş zonasından çıxararaq həyatını xilas edib. O, oktyabrın 4-də Murovdağ bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Sadiq ölümündən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Aqşin Şahin oğlu Novruzov
Aqşin Novruzov 1998-ci il avqustun 15-də Bakı şəhərində anadan olub. 2020-ci ilin yayında həqiqi hərbi xidmətə çağırılıb, 2-ci Qarabağ müharibəsində iştirak edib. Döyüşlərin əvvəlində ayağından yaralanıb, müalicə olunduqdan sonra yenidən ön cəbhəyə yollanıb. Topçu olaraq briqadası ilə birlikdə döyüşlər zamanı 2 düşmən tankını məhv edib. 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Aqşin Şahin oğlu Novruzov ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Əli Yağınəli oğlu Rüstəmov
Əli Rüstəmov 1992-ci il avqustun 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əli Rüstəmov oktyabr 9-da Hadrut döyüşləri zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabir Hikmət oğlu Salahov
Sabir Hikmət oğlu Salahov 15 avqust 1999-cu ildə Salyanda anadan olub. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə ilk gündən qatılan Sabir Salahov Füzuli istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında dəfn olunub.
Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Elvin Ağasəlim oğlu Zakirov
Elvin Zakirov 1980-ci il avqustun 15-də Sumqayıt şəhərində anadan olub. 1987-ci ildə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəbin birinci sinifinə qəbul olunmuş, 1998-ci ildə bu məktəbi bitirmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Elvin Zakirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinə döyüşə getmək üçün könüllü olaraq ərizə təqdim edir, oktyabrın 16-dan Füzuli istiqamətində döyüşlərə qatılır. Füzuli döyüşlərində iştirak etdikdən sonra noyabrın 6-da Xocavənd uğrunda gedən gərgin döyüşlərə qatılaraq burada da qəhrəmanlıq göstərir. Noyabrın 9-da Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan müəllim-zabit Elvin Ağasəlim oğlu Zakirov noyabr ayının 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Zakirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.