Şükürbəyli, Faiq. Ağdaş ensiklopedik məlumat / F. Şükürbəyli ; red. N. Faiqoğlu ; məsl.: S. Rəsulov [et al.] ; dizayn. A. Aydın . - Bakı : Zərdabi Nəşr, 2021. - 392 s.
Ağdaş camaatı sözün həqiqi mənasında sərt yox, mərd adamlardır. Halallıq,d üzlük, mənəvi saflıq onların həyatının mənasını təşkil edir. Ağdaşın təbiəti, iqlimi, sərvətlərinin zənginliyi burada yaşayan insanların əxlaqına, tərbiyəsinə elm-sənət adamlarının bədii təfəkkürünün cilalanmasına və könül duyğularının inkişafına böyük təsir göstərmişdir. Fəxr ediləsi haldir ki, bineyi-qədimdən üzü bəri Ağdaşda millət üçün doğulub bəşəriyyət üçün yaşayan şəxsiyyətlər olub. Kökünə, geninə, qan yaddaşına bağlı olan, ürəyində Azərbaycanın böyük bir portretini gəzdirən Ağdaşın ağlının qüdrəti, amalının vəhdəti ilə hərəkət edən şəxslər çoxdur.