13 Mart

Ədəbiyyatşünas, tənqidçi Arif  Hacıyevin 90 illiyi, (1935-2000)

Hacıyev Arif Allahyar oğlu – ədəbiyyatşünas, tənqidçi, 1980-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1970), professor (1972), Azərbaycanın Əməkdar elm xadimi (1990).

Hacıyev Arif Allahyar oğlu 1935-ci il martın 13-də Yevlax şəhərində anadan olmuşdur. Orta məktəbi 1954-cü ildə bitirib M. F. Axundov adına  Rus dili və ədəbiyyatı Pedaqoji İnstitutunda təhsil almışdır. M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda xarici ölkələr ədəbiyyatı kafedrasında baş müəllim (1963-1966),  Azərbaycan Dövlət Universitetində rus ədəbiyyatı kafedrasında baş müəllim, dosent, professor (1966-1976) olmuşdur. 1976-cı ildən Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi olmuşdur (1993- cü ildən).

Ədəbi tənqid, nəzəriyyə və ədəbi əlaqələr problemlərinə dair tədqiqatla ciddi məşğul olmuşdur. SSRİ Yazıçılar İttifaqının ədəbi tənqid üzrə mükafatına layiq görülmüşdür (1981). Azərbaycan Ali soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1983). 2000-ci il aprelin 15-də Bakıda vəfat etmişdir. 

Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S 67.

 

Abbasov İlham Əli oğlu

 İlham Abbasov 2000-ci il martın 13-də Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub.

 Azərbaycan Ordusunun əsgəri olan İlham Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlham Abbasov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Allahverdiyev Vidadi Fazil oğlu

 Vidadi Allahverdiyev 1988-ci il martın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub.

 Azərbaycan Ordusunun kiçik çavuş olan Vidadi Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Allahverdiyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Budaqov Rəşad Ramiz oğlu

 Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı.

 Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

 

Əliyev Murad Hüseyn oğlu

 Murad Əliyev 13 mart 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Subay idi.

 Murad Əliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.

 Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Əliyev 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr tarixində dəfn olunmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əliyev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Murad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

 

Fətəliyev Səmural Ayaz oğlu

 Səmural Fətəliyev 13 mart 1997-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olmuşdur. 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmiş və daha sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirmişdir.

 Səmural Fətəliyev kiçik yaşlarından taekvando idman növü ilə də məşğul olmuşdur. 15-16 avqust 2003-cü ildə Azərbaycan Respublikası Qusar şəhərində keçirilmiş taekvando üzrə 20 kq çəkidə 3-cü yeri tutmuşdur.

 Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olmuş və 2018-ci ildə həmin universiteti bitirmişdir.

 Səmural Fətəliyev universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak etmiş və nailiyyətlər əldə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi — "1 saylı ASAN xidmət" mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərmişdir. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilmişdir. BAKI 2017 İslam Həmrəyliyi Oyunlarında könüllü kimi yaxından iştirak etmişdir.

 2019-cu ildən Səmural Fətəliyev SOCAR-ın Təhlükəsizlik idarəsində atıcı mühafizəçi vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

 Səmural Fətəliyev 2018–2019 cu illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İlk aylarında Goranboy rayonunun "N" saylı hərbi hissəsində xidmət edib və daha sonra Mingəçevir şəhərinin "N" saylı hərbi hissəsinə göndərilmişdir. Nizam — intizamlı əsgər olduğu üçün hərbi hissə komandiri tərəfindən manqa komandiri təyin edilmiş və bir çox fəxri fərmanlarla təltif edilmişdir.

 Səmural Fətəliyev 2020-ci ilin avqust ayında könüllü olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən qeydiyyatdan keçmiş və 2020-ci ilin sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon idarəsi tərəfindan təlimlərə çağırılmışdır. Burada kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsini icra etmişdi.

 Səmural Fətəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, azadlıq uğrunda gedən döyüşlərdə mübarizə aparmışdır. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Quba rayonunun Əlibəyqışlaq kəndində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycan Respublikası Bakı şəhəri Təhsil idarəsi Namiq Fərəczadə adına 100 nömrəli məktəbin 44-cü sinif otağı Fətəliyev Səmuralın adını daşıyır.

 Quba rayonu Əlibəyqışlaq kəndində yaşadığı evdə şəhidin xatirə guşəsi yaradılmışdır.

 Quba rayonu Əlibəyqışlaq kəndində şəhid Fətəliyev Səmural Ayaz oğlunun və digər şəhidlərin xatirəsinə park salınmışdır. Parkın açılışı Quba rayon, Əlibəyqışlaq kəndinin şəhidi Fətəliyev Səmural Ayaz oğlunun doğum günündə 13 mart 2021-ci ildə olmuşdur.

 

Orucov Afər Yafət oğlu

 Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olmuşdur. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.

 Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə etmişdir.

 Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Xəlilov Ruhin Müzəffər oğlu

 Xəlilov Ruhin Müzəffər oğlu 13.03.1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsini bitirmişdir.

 Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı idi.

 Vətən müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.