Aksvörti, Maykl. Nadir şah / M. Aksvörti ; ön söz, elmi red. R. Ə. Mehdiyev ; tərc.ed.: A. Süleymanova [et al.] ; bur. məsul S. İsmayılova ; dizayn. N. Nəhmətov ; tex. red. F. Səmədova ; baş red. Ü. Məmmədova. - Bakı : Şərq-Qərb, 2018. - 401 s.
Bu kitab Azərbaycan oxucusunun dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin "İranın qılıncı. Nadir şah: Tayfa döyüşçüsündən müstəbid fatehədək" adlı tədqiqatı ilə ilk tanışlığıdır. Qərbdə işıq üzü gördüyü vaxtdan etibarən geniş oxucu marağına səbəb olan və akademik dairələrin diqqətini özünə cəlb edən bu əsərin Azərbaycan dilində nəşri haqlı olaraq siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın (1736-1747) dövlətçilik fəaliyyətinə, həmçinin şəxsiyyətinə dair ana dilimizdə mövcud olan elmi mənbə qıtlığının aradan qaldırılması istiqamətində irəliyə doğru atılmış bir addım kimi qiymətləndirilə bilər. Müəllifin hadisələrə yanaşmada rəhbər tutduğu analitik üslub, rəvan çatdıırlma tərzi, hərtərəfli müqayisə metodu əsərin elmi dəyərini səviyyələndirən başlıca amillərdir. Maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğu bu kitabın Azərbaycan nəşri akademik Ramiz Mehdiyevin geniş ön sözü ilə, həmçinin müvafiq şərh və qeydlərlə müşayiət edlir.