Müharibə povestləri

Hüseynov, İsa Mustafa oğlu. Müharibə povestləri / İ. M. Hüseynov ; tərt.ed., red. E. Astanbəyli ; tex. red. R. Nəbiyev ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2021. - 272 s. 

İsa Hüseynov (Muğanna) yaradıcılığında xüsusi yer tutan "Saz" və "Tütək səsi" povestlərində hadisələr II Dünya müharibəsi zamanı Azərbaycan kəndində cərəyan edir. Düzdür, bu uzun hekayələrdə qanlı döyüşlərdən söhbət getmir, bununla belə, müəllif ön cəbhədən uzaqda yaşayan insanların timsalında müharibənin sərt və dəhşətli üzünü böyük bir məharətlə açıb göstərir. "Tütək səsi"nin davamı kimi də qəbul edə biləcəyimiz "Quru budaq" povestində isə mühatibədən sonrakı ilk illərin mıənəvi-psixoloji mənzərəsi ustalıqla yaradılmışdır.