Komplektləşdirmə şöbəsi

Şöbə müdiri: Əmrahova Şəlalə Məmməd qızı

E-mail: shalalaamrahova@gmail.com 

 

Şöbə haqqında ümumi məlumat

Komplektləşdirmə şöbəsi 1965-ci ildən fəaliyyət göstərir. Şöbə yarandığı gündən kitabların komplektləşdirilməsi, ədəbiyyatın işlənməsi və kataloqların tərtibi prosesləri ilə kompleks şəkildə məşğul olur. 1971-ci ildən Komplektləşdirmə şöbəsinin nəzdində kataloqlaşdırma və kitabişləmə, uçot və qeydiyyat bölməsi təşkil edilmişdir. Şöbə kitabxana fondunun düzgün formalaşdırılmasına və istifadəsinə kömək edir, daxil olan və çıxarılan ədəbiyyatın dəqiq uçot və qeydiyyatını, onun məzmununa və nəşr növlərinə görə bölgüsünü aparır. Elektron kataloqa daxil edilən hər bir kitab barkod vasitəsi ilə kodlaşdırılır. Tələb olunan ədəbiyyatın müvafiq mənbələrdən əldə edilməsini təmin edir. Kitab fondunun cari və retrospektiv komplektləşdirilməsi işini həyata keçirir. Fondun rekomplektləşdirilməsinə və uçot sənədləri əsasında fondun mühafizəsinə nəzarət edir, statistik hesabat aparır. Əlifba və sistemli kataloqun tərtib və redaktəsini, kitabxanaya daxil olan çap məhsullarının şöbə və filiallar üzrə bölünməsini həyata keçirir. Müvafiq şöbələrin əməkdaşları ilə birgə yeni ədəbiyyata baxış keçirilməsini təşkil edir.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq dövlət və qeyri- dövlət nəşriyyatları, digər müəssisə və təşkilatlar tərəfindən nəşr olunan bütün kitab və kitabçalardan 2 pulsuz məcburi nüsxə kitabxanaya göndərilməlidir.