Birillik Azərbaycan kitabiyyatı - 2021 : Biblioqrafiya

Birillik Azərbaycan kitabiyyatı - 2021 : Biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bakı : M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2022. - 427 s.

2005-ci ildən Milli Kitabxananın nəşr etdiyi "Birillik Azərbaycan kitabiyyatı" illiyi Azərbaycan kitabının repertuarının yaradılmasında əhəmiyyətli rol oynayan biblioqrafik nəşr hesab olunur və "Azərbaycan kitabı" fundamental" biblioqrafiyasının tərtibi üçün vacib mənbə rolunu oynayır. Bu buraxılışda Respublika ərazisində 2021-ci ildə dərc edilən nəşrlər - kitab və kitabçalar, avtoreferatlar, not nəşrləri, izonəşrlər, eləcə də elektron resurslar, səsyazıları öz əksini tapmışdır. Göstərici 2021-ci ildə işıq üzü görmüş 2414 adda ədəbiyyatı əhatə edir. 2020-ci ildə çap edilən, lakin Milli Kitabxanaya gec daxil olması səbəbindən 2020-ci il buraxılışında yer almayan 275 adda ədəbiyyat da buraxılışa daxil edilib.