Zaman maşını

Uells, Herbert Corc. Zaman maşını / H. C. Uells ; tərc.ed. F. Bünyadzadə ; red. F. Hüseynova ; ill. N. Tahirova ; dizayn S. Bayramov. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2017. - 160 s.

Zamanda səyahət mümkündürmü? Keçmişi tarixdən öyrənə bilirik, bəs gələcəkdə bizi nə gözləyir? Bəşəriyyətin inkişafı necə olacaq? Yazıçı Herbert Corc Uellsin "Zaman maşını" əsərinin qəhrəmanı olan Zaman Səyyahı da onu düşündürən bu suallara cavab tapmaq üçün uzun müddət üzərində işlədiyi maşını sınaqdan keçirmək qərarına gəlir və zamanda səyahət edərək 802701-ci ilə gedib çıxır. Lakin onun gələcəkdə rastlaşdığı reallıq heç də gözlədiyi kimi deyil. Yazıçı bu əsər vasitəsilə sivilizasiyanın bi gün cəmiyyətə qarşı çevriləcəyini, etinasızlığın, insanların bir-birinə qarşı laqeydliyin bəşəri fəlakətə səbəb olacağını demək isdəyir. Herbert Corc Uellsin bu əsərdə irəli sürdüyü fikirlərin çoxu sonralar isbat olundu, onun Zamanın Kainatın dördüncü ölçüsü olması fikri isə sonralar Albert Eynşteyinin nisbilik nəzəriyyəsi ilə təsdiq edildi.