Xilaskar

Abdullaoğlu, Rövşən. Xilaskar / R. Abdullaoğlu ; burax. məsul Ş. İxtiyaroğlu ; tərt. ed. P. Babayeva ; red. S. Məmmədova ; rəs. R. Həsənzadə. - 1-ci nəşr. - Bakı : Qədim Qala, 2023. - 80 s.

Afrika qəbilələrinin həyatından bəhs edən bu kitabda qocaman ləpirçi Maqu və onun oğulluğu Lanonun həyəcan və təhlükə dolu macəraları yer alıb.Afrikada doğulub böyümüş cəsur ləpirçi Lano müxtəlif yerlərə səfər edərək qeyri-adi heyvanlarla rastlaşır,digər tayfalarla qarşılaşaraq onların maraqlı adətləri,çətinlikləri ilə tanış olur,bir çox ibrətli hadisələrin içinə düşür.Bu kitabda gənc oxucularımız xəyanətin, qəddarlığın, paxıllığın, insanları zahiri xüsusiyyətlərinə görə dəyərləndirməyin acı nəticələrini görəcək, heyvanlarla mərhəmətli davranmağı öyrənəcək ,dostluq və sədaqətin ,fədakarlığın necə gözəl bəhrə verməsinə şahid olacaqlar.