Tonyukuk

Taşağıl, Ahmet. Tonyukuk / A. Taşağıl ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Bəşirova. - Bakı : Altun Kitab, 2022. - 144 s.

Türkiyənin görkəmli tarixçisi Ahmet Taşağıl (1964) islam¬dan öncəki türk tarixi və qədim dövrlərdən etibarən Orta Asiya coğrafiyasında məskunlaşan türklər haqqında tədqiqatları ilə tanınır. Alimin «İslamiyyətdən əvvəl türklər» (Pelin Cift ilə birlikdə), «Türk dövlət modeli – Göytürklər», «Qədim türk boyları», «Bilgə xaqanın vəsiyyəti», «Hunlar – bozqırların ilk imperatorluğu», «Bozqırın xaqanlıqları», «İlk türklər – bozqırlardan dünyaya yayılanlar», «Göy Tanrının uşaqları» kimi əsərləri həm akademik dairələr, həm də oxucular tərəfindən maraqla qarşılanıb. A.Taşağılın sizə təqdim olunan bu kitabı türk tarixinin nəhəng siyasi və hərbi xadimlərindən olan Tonyukukun dövrü, həyatı və şəxsiyyəti barədə yeni bilgilərlə zəngindir.