Tarzan cəngəlliyə qayıdır

Berrouz, Edqar Rays. Tarzan cəngəlliyə qayıdır / E. R. Berrouz ; red. F. Şıxlinski, rəs. E. Cabarov, tərc.ed. N. Əliyev, uşaqlar üçün işl., ön söz A. Əliyev. 2-ci kitab. - Bakı : Altun kitab, 2015. - 224 s.

Edqar Rays Berrouz XX əsrdə elmi-fanastika və fentezi janrlarının inkişafına böyük təsir göstərmiş məşhur Amerika yazıçısıdır. Çikaqoda anadan olan yazıçı 1895-ci ildə Miçiqan hərbi akademiyasını bitirmiş, gənclik illərini Amerikanın uzaq qərbində keçirmiş, kovboy və qızılaxtaran olmuşdur. Berrouz klerk işlədiyi vaxt macəra hekayələri çap edən bayağı jurnallardakı elanları gözdən keçirir, eyni zamanda hekayələri oxumaq imkanını da əldən vermirdi. Oxuduqlarından ruhlanmış E.R.Beroouz həmin hekayələrə bənzər bir əsər yazmaq qərarına gəlir və 1912-ci ildə "Norman Bin" təxəllüsü ilə “Marsın Ayları altında” hekayəsini, Con Karterin Marsdakı sərgüzəştləri silsiləsindən ilk romanını çap etdirir. Daha sonra yaradıcılığının ən uca zirvəsi hesab edilən “Tarzan” silsiləsini qələmə almağa başlayır. Tarzan haqqında ümumilikdə iyirmidən çox kitab yazır. E.R.Berrouzun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş, dəfələrlə ekranlaşdırılmışdır.