Şirlərin məskəni təhlükə altında : Səbəb və nəticə

Simson, Filip. Şirlərin məskəni təhlükə altında : Səbəb və nəticə (ingilis dilindən tərcümə) / F. Simson ; tərc. ed. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 32 s. 

Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014-cü ildə Böyük Britaniyada "Capstone Global Library" Nəşriyyatı tərəfindən Lion Habitats Under Threat. A Cause and Effect Text adı altında nəşr olunub. Təbiətdə şirlərin sayının azalması ilə onların məskənlərinin məhv olması arasında əlaqədən bəhs edən bu kitab "Capstone Global Library" nəşriyyatının orijinalları əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur. "Böyük pişiklər" seriyasından olan bu informasiya xarakterli kitablarda müxtəlif növ rabitəli mətn üslubları təqdim olunub. Hər iki kitabda bəhs olunan maraqlı mövzular oxucuların diqqətini cəlb etməklə yanaşı, informativ mətnlərin tətbiq mexanizmini, qurulma texnikasını və oxuculara tədqiqat formasını şagirdlərə öyrətməkdə müəllimlərə yardımçı olacaq.