Sehirli tətil günləri

Çumakova, Olqa. Sehirli tətil günləri / O. Çumakova ; naşir E. Məmmədov ; tərc.ed. R. Yaşar ; rəs. L. Zeynalova ; tex. red. M. Əsgərova ; dizayn. F. İbrahimova ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 200 s. 

Bu kitab həm uşaqlar, həm də böyüklər üçündür. Kitab iki dost, sinif yoldaşı, həməsrlərimiz olan Şöləcik ləqəbli oğlan, Lora adında qız və onun sevimli ev heyvanları haqqındadır. Uşaqların bəxti gətirib, çünki Loranın xalası əsl sehrbaz xanımdır və onun sehrləri sayəsində uşaqlar cəmi bir günlüyünə cürbəcür ölkələrə, müxtəlif dövrlərə və zamanlara səyahət edirlər. Lakin bir şərtlə: başqa dövrlərə, ölkələrə, əsrlərə düşüb, dünyanı tanıyıb öyrənməklə yanaşı, onlar bizim dövrümüzün layiqli elçiləri olaraq qalmalıdılar. Burada macəralar romantikası və səmimi dostluq var. Uşaqlar bizim günlərin Norveçinə, Kleopatranın qızılgül ziyafətinə, orta əsrlərin Hollandiyasına, şiltaq Lippersgey qardaşlarının yanına, Qədim Yunanıstana Pifaqorun yanına, Harri Potterin yanına sehrbazlıq məktəbinə, hətta gələcək zamanın Mars və Ay planetlərinə maraqlı səyahətlər edirlər.