
Məmmədxanlı, Ənvər Qafar oğlu. Seçmə hekayələr / Ə. Q. Məmmədxanlı ; tərt.ed., red. E. Astanbəyli ; rəs. E. Cabarov ; tex. red. R. Nəbiyev. - Bakı : Altun Kitab, 2019. - 208 s.
Bu kitaba Azərbaycanın görkəmli yazıçısı Ənvər Məmmədxanlının ədəbi irsindən seçmələr - "Buz heykəl", "Əfsanəli dağlar", "Karvan dayandı", "Bakı gecələri" və s. kimi bir-birindən maraqlı hekayələri toplanıb. Məzmunca və mövzuca bir-birindən fərqli olan bu hekayələri birləşdirən onların özünəməxsus üslubda qələmə alınmasıdır. Ön planda müxtəlif insan talelərinin dayandığı bu hekayələr obrazaların və hadisələrin lirik-romantik təsviri ilə oxucu qəlbini riqqətə gətirir, onu həmin əsərlərin qəhrəmanları ilə birlikdə sevinməyə və kədərlənməyə, düşünməyə və nəticə çıxarmağa sövq edir.