Roma hekayələri

Moravia, Alberto. Roma hekayələri / A. Moravia ; tərc.ed. M. N. Qarayev ; red. G. Nəsib ; tex. red. R. Nəbiyev ; dizayn. S. Vəzirova. - Bakı : Altun Kitab, 2021. - 288 s. 

İtaliyanın məşhur yazıçısı Alberto Moravia (1907-1990) hekayə və novella ustası kimi tanınır. Ölkəsində faşistlərin hakimiyyətə gəlişindən sonra təqiblərə məruz qaldığı üçün vətənini tərk etməli olan, 1933-cü ildən 1943-cü ilə qədər Yunanıstanda, Çində, ABŞ-da və Meksikada yaşayan yazıçının əsərləri dünyanın bir çox dillərinə çevrilib. Sağlığında "çağdaş İtaliya ədəbi məktəbinin tanrısı" adlandırılan Moravianın hekayələri özünəməxsus üslubu və dərin mənası ilə bu gün də sevilərək oxunur.