Qoy o, bizimlə qalsın

İbrahimbəyov, Maqsud Məmməd İbrahim oğlu. Qoy o, bizimlə qalsın : Orta və yuxarı sinif şagirdləri üçün / M. M. İbrahimbəyov ; red. S. Babullaoğlu ; tərc.ed. M. Muradlı ; ill. O. Qarayev ; dizayn. T. Əmirxanov ; ön söz L. Əliyeva ; son söz N. İsmayılova ; Azərbaycan Respublikası Təhsil Nazirliyi. - Bakı : Matsis, 2018. - 218 s.

Görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyov (1935) "altımışıncılar" ədəbi nəslinin nümayəndəsidir. Əsərləri zamanında böyük populyarlıq qazanıb. Yada salmaq yetər ki, "Ondan yaxşı qardaş yox idi" povesti milyondan artıq tirajla nəşr edilmiş, "Mezozoy əhvalatı" və "Bütün yaxşlıqlara görə ölüm" pyeslərinə 50-dən artq teatrın səhnəsində quruluş verilmişdir. Ciddi ədəbi tənqid Maqsud İbrahimbəyovu parlaq, rəngarəng və ahəngdar yazıçı, onun nəsr dili və üslubunu olduqca ifadəli, musiqili hesab edir. Onun əsərləri iti və hazırcavab mühakimələr, həyat eşqi və şuxluqla zəngin və doludur. Yazıçı müsahibələrin birində belə deyir: "Həyat-böyük həzdir. Təəssüf ki, birdəfəlik istifadə üçün". Bu kitaba İbrahimbəyovun xeyli vaxtdır təkrar nəşr edilməyən "Qoy o, bizimlə qalsın", "Bütün yaxşılıqlara görə ölüm" povestləri daxil edilib.