Qərbi Poleydəki macəramız

Hardi, Tomas. Qərbi Poleydəki macəramız / T. Hardi ; tərc.ed. İ. Quliyev ; red. N. Əliyev ; rəy. E. İbrahimov ; il. M. Balayeva. - Bakı : Libra kitab, 2020. - 92 s. 

"Libra kitab"ın ilk dəfə Azərbaycan dilində çapa hazırladığı Tomas Hardinin "Qərbi Poleydəki macəramız" əsəri üç uşağın kənddəki qəribə macərasından bəhs edir. İki uşağın "qəhrəmanlığı" üzündən baş verən hadisələr cığırından çıxır və xoşagəlməz nəticələr verir. Xoşbəxt sonluqla bitən əsər ibrətlərlə doludur. Ancaq yazıçının fikrincə, bu əsər əxlaqi dəyər aşılasa da, heç bir halda əxlaq dərsi vermir, nəsihət üslubunda yazılmayıb. Ümidvarıq ki, romanın aydın, dolanbacsız və sadə süjeti dünyaya araşdırmaçı gözü ilə baxan hər bir uşağın marağını cəlb edəcək.