Nizami Gəncəvi Beytlər

Nizami Gəncəvi Beytlər : поэзия. - Bakı : [s. n.], 2021. - 28 s.

Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında 2021-ci ildə "Nizami Gəncəvi ili" nə həsr edilmiş "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqələri keçirmişdir. Müsabiqələrin keçirilməsində əsas məqsəd Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlər vasitəsilə məktəblilərin maliyyə savadlılığına dair bilik və bacarıqlarını artırmaq olmuşdur. Bu müsabiqəyə təqdim edilən rəsm və inşaların mövzuları Nizami Gəncəvinin əsərlərindən seçilmiş və bu kitabda yerləşdirilmiş parşalardan götürülmüşdür.