Könlüm Qarabağdadır

Elçin, Teymur. Könlüm Qarabağdadır : Uşaq şeirləri, poemalar və cizgi filmi üçün ssenari / T. Elçin ; tərt.ed., ön söz A. Xəlilova ; ill. M. Tağıyeva. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2019. - 356 s.

"Könlüm Qarabağdadır" kitabında Azərbaycan uşaq ədəbiyyatının istedadlı nümayəndələrindən olan Teymur Elçinin uşaqların müxtəlif yaş dövrləri üçün nəzərdə tutulmuş əsərləri toplanmışdır. Uşaq şeirləri, cizgi filmi üçün yazılmış ssenari, nəğmələr, tapmacalar, yanıltmaclar və başqa bu kimi janrları əhatə edən örnəklər kitabda konkret başlıqlar altında sistemləşdirilmiş, folklordan müxtəlif istiqamətlərdə bəhrələnmə yolu ilə yaradılan nümunələrə xüsusilə diqqət yetirilmişdir. Klassiklər səviyyəsinə yüksəlmiş şаirin əsərləri хаlq ədəbiyyаtı ilə qırılmаz tellərlə bаğlıdır. Şаir fоlklоrdаn – хüsusilə nаğıllаrdаn, lаylаlаrdаn, tаpmаcа və yаnıltmаclаrdаn ustаlıqlа istifаdə edərək həmin jаnrlаrdа çoxlu əsərlər yаrаdıb.