Kəpənəklər oxumur

Ələmdar Quluzadə Allahverdi oğlu. Kəpənəklər oxumur : Şeirlər / Ə. A. Quluzadə ; red. V. Quliyev ; rəs. S. Məmmədov. - Bakı : Şuşa, 2013. - 152 s.

XX əsrin 70-ci illərində ədəbiyyata gələn, özünəməxsus dəst-xətti ilə sənət ustadlarının diqqətini cəlb edən Ələmdar Quluzadə 20-dən çox şeir kitabının müəllifidir. "Dağların yaddaşı" (1976) kitabı ilə uzaq mənzilə yol alan şair özünə, sözünə, dizinə güvənərək yeni kitabı ilə səfərini uğurla davam etdirir. Həyata baxışı, zəngin və dəqiq müşahidəsi, vətən eşqi, insana və insanlığa dəyəri, ondan tələbi, gözəlliyə diqqəti onun yaradıcılığını səciyyələndirən məziyyətlərdir. Elə bilirik ki, "Kəpənəklər oxumur" kitabını oxuyanlar ən azı təəssüflənməyəcəklər...