Hepardları necə xilas edək?

Simson, Filip. Hepardları necə xilas edək? : Problem və həlli yolu (ingilis dilindən tərcümə) / F. Simson ; tərc. ed. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 32 s. : rəngli foto

Oxuculara təqdim olunan bu kitab ilk dəfə 2014-cü ildə Böyük Britaniyada "Capstone Global Library" nəşriyyatı tərəfindən "How Can We Save the Cheetah?: A Problem and Solution Text adı altında nəşr olunub. Dünyada hepardların nəslinin kəsilməsi və bu problemin həlli yollarından bəhs edən kitab "Capstone Global Library" nəşriyyatının orijinalları əsasında TEAS Press" Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. "Böyük Pişiklər" seriyasından olan bu informasiya xarakterli kitablarda müxtəlif növ rabitəli mətn üslubları təqdim olunub. Hər bir kitabda bəhs olunan maraqlı mövzular oxucuların diqqətini cəlb etməklə yanaşı, informativ mətnlərin tərtib mexanizmini, qurulma texnikasını və oxuculara təqdimat formasını şagirdlərə öyrətməkdə müəllimlərə yardımçı olacaq.