Gizli şahid : Detektiv konsel

Eyyubov, Elgün. Gizli şahid : Detektiv konsel / E. Eyyubov ; red.: E. Raqifoğlu, R. Sədi, M. Yusifoğlu ; rəs. E. Cabbarov ; dizayn Ö. Məmmədov. - Bakı : Qələm, 2019. - 128 s.

Londonun sayılıb-seçilən iş adamlarından Con Ueldon özü üçün əlamətdar bir gündə dəhşətli xəbərlə sarsılır: onun oğulu atasının ad günü ziyafətinə gələrkən qatarda müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra detektiv dostlar Konsel cə Dik sirlərlə dolu cinayətin üstünü açmaq üçün qollarını çirməyirlər. Onlar qatili tapmaqda qərarlıdırlar. Axı, bu, sadəcə, detektiv dostların peşəsindən irəli gələn vəzifə deyil, həm də, oğlunun qətlinə dözə bilməyib intihar edən Con Ueldon qarşısında mənəvi borcdur. Beləliklə, gənc yazar Elgünün "Gizli şahid" əsəri ilk baxışda detektiv janrına xas ənənəvi süjetlə başlayıb, sonradan özünəməxsus gözlənilməzlikləri ilə davam edir. Əsər, eyni zamanda, onun müəllifinin timsalında çağdaş Azərbaycan detektiv ədəbiyyatına yeni və istedadlı bir imzanın gəlişindən xəbər verir.