Filosof uşaq : Uşaqlarla fəlsəfi söhbət

Direk, Nuran. Filosof uşaq : Uşaqlarla fəlsəfi söhbət / N. Direk ; tərc. ed. N. Zöhrabi ; red. F. Hüseynova ; rəs. F. Aksular. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 112 s. 

Müasir dövrdə texnalogiyanın sürəti hər növ informasiyanı uşaqlara bir düyməni basmaqla təqdim edir. Məktəbin əsas öhdəliyi isə bu informasiyadan necə bilik əldə etməyi öyrətməkdir. Əlimizdəki kitabın yazılmasında məqsəd odur ki, uşaqlarımız gözləri önündə onların görünməyən tərəflərini görə bilsin, baş verən hadisələri düşünüb onların haqqında şərh verə bilsin, onlardan nəticə çıxara bilən şəxsiyyətlər kimi yetişsinlər. Nuran Direk 8 yaşlı bir uşağın gündəlik həyat təcrübələrinə əsaslanaraq insan haqları, ədalət, azadlıq, xoşbəxtlik, yaxşılıq, pislik, həqiqət, doğru, səhv kimi məfhumlarla bağlı suallar verir və bu yolla uşaqların hökm çıxarmaq bacarığını inkişaf etdirməyə çalışır.