Çovdarlıqda uçurumdan qoruyan

Selincer, Cerom. Çovdarlıqda uçurumdan qoruyan / C. Selincer ; uşaq. üçün işl. S. Budaqlı ; red. E. Astanbəyli ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2019. - 111 s.

Amerika ədəbiyyatının görkəmli nümayəndələrindən biri Cerom Devid Selincerin (1919-2010) ilk əsəri "Gənc adamlar" adlı hekayə olub. Hekayə 1940-cı ildə işıq üzü görüb. Bundan sonra onun həmin dövrün məşhur jurnallarında 20-dək hekayəsi nəşrolunub. Selincerə dünya şöhrətini isə 1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı gətirib. Qısa müddətdə onlarla xarici ölkədə işıq üzü görən və 60 milyon nüsxədən artıq satılan bu əsər yazıçının yeganə romanıdır. "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin qəhrəmanı 16 yaşlı Holden Kolfilddir. Müəllif onun timsalında ətrafdakı hərkəsə, hər şeyə şübhə və etirazla yanaşan yeniyetmə qəhrəman obrazı yaradıb.