Cəsur kapitanlar

Kiplinq, Redyard. Cəsur kapitanlar : roman / R. Kiplinq ; red. E. Astanbəyli ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd. - Bakı : Altun Kitab, 2022. - 128 s.

Baş qəhrəman Harvi Ceyn zəngin bir ailənin uşağıdır. Harvi lovğa və özündən razıdır. Təhsil almaq üçün Avropaya getmək istəyir. Dəbdəbəli gəmidə anası ilə yola düşür. Bu vaxt gözlənilməz hadisə baş verir: Harvi gəmidən suya düşür. Bir balıqçı gəmisinin ekipajı onu xilas edir. Bir andaca hər şey dəyişir. Artıq təkəbbürlü Harvi Ceyn dəbdəbəli həyatı unudub kasıb balıqçıların olduğu adi həyatda yaşamalıdır... Maraqlı süjeti, axıcı dili, səlis üslubu ilə Harvi ilə birgə biz də keçmişə səyahət edəcəyik...