Böyük pişiklər kəllə-kəlləyə

Simson, Filip. Böyük pişiklər kəllə-kəlləyə : Müqayisə və qarşılaşdırma (ingilis dilindən tərcümə) / F. Simson ; tərc.ed. A. Cəfərova ; red. F. Hüseynova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2015. - 32 s. 

Oxuculara təqdim olunan du kitab ilk dəfə 2014-cü ildə Böyük Britaniyada "Capstone Global Library" nəşriyyatı tərəfindən "Big Cats Head to Head: A Compare and Contrast Text" adı altında nəşr olunub. Böyük pişiklər fəsiləsinin bütün xüsusiyyətlərini müqayisəli şəkildə izah edən kitab "Capstone Global Library" nəşriyyatının orijinalları əsasında "NEAS Press" Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ "Teas Press" Nəşriyyat evinə məxsusdur. "Böyük pişiklər" seriyasından olan bu informasiya xarakterli kitablarda müxtəlif növ rabitəli mətn üslubları təqdim olunub. Hər bir kitabda bəhs olunan maraqlı mövzular oxucuların diqqətini cəlb etməklə yanaşı, informativ mətnlərin tərtib mexanizmini, qurulma texnikasını və oxucularatəqdimat formasını şagirdlərə öyrətməkdə müəllimlərə yardımcı olacaq.