Zəfər nəğməsi - Şuşa

Nuruqızı, Sevinc. Zəfər nəğməsi - Şuşa / S. Nuruqızı ; red. B. Əliyev ; dizayn. S. Ələkbərova ; lay. rəhb. A. Cəfərova ; il. A. Əmirova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2022. - 244 s. 

XXI əsrin 20-ci ilində Azərbaycan xalqı hərb tarixinə özünün döyüş imzasını atdı. Azərbaycan Ordusunun əsgər və zabitləri sevgili Vətən naminə 44 günlük qanlı-qadalı müharibənin hər anına möhür vurdular. Hər kəndimizin, şəhərimizin işğaldan azad olunması bir Zəfər nəğməsinə çevrildi. Bu nəğmənin müəllifləri öz qanları, canları hesabına döyüş meydanında, qanlı çarpışmalarda yeni bir tarix yazdılar. Bu kitabda toplanan 22 əsərdə Birinci və İkinci Qarabağ müharibələri dövrünün savaş ruhu, anaların, balaların ağrı-acısı təsvir olunur, döyüşçü ürəyinin sirləri açılır. Xanım yazarın ağır müharibə yükünü daşıyan incə qəlbindən süzülmüş fəlsəfi məzmunlu, eyni zamanda, dinamik, canlı əsərləri oxucunu ağuşuna alır, hadisələrin qızğın gedişi onu sonadək özündən ayrılmağa qoymur: kədərləndirir, ruhlandırır, mübarizə əzmini artırır, Zəfər nəğməsini zümzümə etməyə səsləyir.